Nazirdən Paşinyanın açıqlamasına REAKSİYA

12:44 - 15 Noyabr 2024

Nazirdən Paşinyanın açıqlamasına REAKSİYA

“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycan Konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir”.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, dünən XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayaraq təqdim edib: “Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”.

Qeyd edək ki, A.Hacızadə “X”də yayımladığı açıqlamada bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə parlamentdə dediklərinin əsası yoxdur: “Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin