İkardi həbs olunub? - "Qalatasaray" məlumat yaydı

21:17 - 14 Noyabr 2024

İkardi həbs olunub? -

Mauro İkardinin həbsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, "Qalatasaray" klubu bu barədə açıqlama verib. Açıqlamada bildirilir ki, argentinalı futbolçu hazırda öz vətənindəki evində istirahət edir. Klub, belə xəbərlərin yayımlanmasının futbolçuya zərər vurmaq məqsədini güddüyünü vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Mauro İkardinin Argentinada həbs edildiyi barədə xəbərlər yayılmışdı. İddialara görə, futbolçu Vanda Naranın şikayətinə əsasən polis tərəfindən saxlanılıb. Həmin xəbərlərdə qeyd olunurdu ki, İkardi övladlarını geri almaq məqsədilə Vanda Naranı məhkəməyə vermişdi və buna görə futbolçu təhdid ittihamı ilə saxlanmışdı. Vanda Naranın vəkili isə yayılan məlumatların doğru olduğunu iddia etmişdi. Eyni zamanda, Mauro İkardi ilə Vanda Naranın boşanmaq üzrə olduğu bildirilir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin