Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
16:55 - 13 Noyabr 2024
Noyabrın 12-si – COP29-un ikinci günündə daşıma sayı turistlərin yerüstü nəqliyyat xidmətlərinə yüksək marağını nümayiş etdirir ki, bu da bizim beynəlxalq arenada keyfiyyətli və etibarlı nəqliyyat həlləri təqdim etmək qabiliyyətimizi təsdiqləyir.
Manset.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, ötən gün 18 Nəqliyyat Mübadiləsi Mərkəzindən edilən 4200-dən çox səfər nəticəsində ümumilikdə 45 minə yaxın sərnişin getdiyi ünvana çatdırılıb.
Bildirilib ki, bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.
Nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.
Qeyd edilib ki, tədbirin ilk günündə sərnişinlərin şəhər nəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 min sərnişin daşınmışdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin