ŞOK! 38 yaşlı qadın saxta həkimin reklamına qurban getdi

13:29 - 13 Noyabr 2024

ŞOK! 38 yaşlı qadın saxta həkimin reklamına qurban getdi

Türkiyənin paytaxtı Ankarada 38 yaşlı qadın özəl xəstəxanalardan birində plastik əməliyyat etdirib.

 

Manset.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyatın sonu faciə ilə nəticələnib.

Belə ki, ağrıları keçməyən, əməliyyatdan sonra bədənində infeksiyalar olan qadın kömək istədiyi həkimin laqeyd münasibətinə məruz qalıb. Vəziyyətdən şübhələnən zərərçəkmiş qadın həkimi araşdırmağa başlayıb. Klinikasına getdiyi həkimin diplomunun şəklini çəkən qadın diplomun üzərində yazılan universitetə ​​müraciət edərək bunun gerçək olub-olmadığını öyrənmək istəyib.

Diplomun saxta olması ilə bağlı cavabı alan qadın aidiyyatı qurumlarla əlaqə saxlayıb və qeydlərdə belə bir həkimin olmadığını öyrənib.

Saxta həkim tərəfindən əməliyyat olunduğunu öyrənən qadın polisə müraciət edib və faktla bağlı cinayət işi açılıb.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin