"COP29-u iqlim maliyyəsində dönüş nöqtəsi kimi görürük"

12:26 - 13 Noyabr 2024

Biz hazırda qlobal miqyasda konkret addımların atılacağına dair gözləntilərin ən yüksək olduğu COP iclaslarından birini keçiririk. Türkiyə olaraq hesab edirik ki, builki sammitin gündəliyi maliyyəyə çıxışı olmayan ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

 

Manset.az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Türkiyənin iqlim baxışı” adlı tədbirdə söyləyib.

Onun sözlərinə görə, Türkiyə aidiyyəti qurumları ilə birlikdə bir ildir ki, COP29-a intensiv hazırlaşır.

"İqlim maliyyəsinə çıxışın asanlaşdırılması daha ədalətli dünya üçün vacibdir. Türkiyə olaraq COP29-u iqlim maliyyəsində dönüş nöqtəsi kimi gördüyümüzü bildiririk. Növbəti on gün ərzində biz iqlim maliyyəsinin yeni hədəflərini müəyyən etməyə çalışacağıq. Təbii ki, COP29 ölkələrin iqlim böhranı ilə bağlı nə etdiklərini görmək baxımından mühüm əhəmiyyətə malik bir sammitdir. Çünki Paris razılaşması ilə yeni dövrə qədəm qoyan ölkələrin şəffaflıq hesabatları bu sammitin ən mühüm mövzularından biridir", - deyə M.Kurum vurğulayıb.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin