Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
10:54 - 7 Noyabr 2024
Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, 44 günlük müharibənin gedişində, kimin qalib gələcəyinə dair əvvəldən mühakimə yürütmək çətin olsa da, bir şey dəqiq idi: Azərbaycan xalqı, xüsusilə də Ali Baş Komandanımız, haqqını və torpaqlarını müdafiə etməyi qəti şəkildə qərarlaşdırmışdı:
"44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının taleyində və tarixində əvəzsiz bir yer tutur. Bu müharibənin nəticəsi, yalnız bizim üçün deyil, bütün dünyada böyük əhəmiyyət kəsb edən bir hadisədir. Təsadüfi deyil ki, 44 günlük müharibənin başa çatmasından sonra biz bu günü – 8 noyabrı Zəfər Günü kimi qeyd edirik. Bu, Azərbaycan xalqının 30 il ərzində yaşadığı çətinliklər, işğal altında qalan torpaqların geri qaytarılması, haqqın bərpası və tarixin təkrarı kimi bir dönəmi simvollaşdırır.
Müharibə əvvəli vəziyyətə nəzər yetirdikdə, Azərbaycanın 30 il ərzində beynəlxalq aləmdə məğlub bir dövlət kimi tanındığını və mütəmadi olaraq haqqının pozulduğunu görürük. Torpaqlarımız işğal edilmiş, minlərlə azərbaycanlı ev-eşiyindən didərgin düşərək qaçqın və köçkün həyatı yaşamağa məcbur edilmişdi. Azərbaycan xalqı həm də qədim tarixi və dini abidələrinin, mədəniyyət incilərinin dağıdılmasına, erməni vandallarının əli ilə məhv edilməsinə şahid oldu. Lakin ən böyük ədalətsizlik, dünya ictimaiyyətinin işğala məruz qalanla, işğal edən arasında heç bir fərq qoymaması idi. Hətta Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı hərəkətlərini dayandırmağa çağıran 4 qətnaməsi də kağız üzərində qalmaqla, heç bir nəticə vermədi.
Bu şəraitdə Azərbaycan üçün tarixi ədalətin bərpası yalnız öz gücünə arxalanmaqla mümkün oldu. Bu məqsədlə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücuma keçdi və bu mübarizə, əslində, ölüm-dirim məsələsinə çevrildi. Ermənistanın təkcə Dağlıq Qarabağda deyil, Azərbaycan ərazilərinin digər hissələrində də işğalçı iddialarda olması və böyük dövlətlərin əksəriyyətinin ədalətsiz siyasətləri, Azərbaycan üçün daha da çətin bir durum yaradırdı. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı və onun Ali Baş Komandanı, Prezident İlham Əliyev haqqın, ədalətin, və öz torpaqlarımızın müdafiəsi yolunda geri çəkilmədi.
44 günlük müharibənin gedişində, kimin qalib gələcəyinə dair əvvəldən mühakimə yürütmək çətin olsa da, bir şey dəqiq idi: Azərbaycan xalqı, xüsusilə də Ali Baş Komandanımız, haqqını və torpaqlarını müdafiə etməyi qəti şəkildə qərarlaşdırmışdı. Bu döyüş, Azərbaycan xalqının birliyi və sarsılmaz iradəsinin təcəssümü oldu. Ali Baş Komandan İlham Əliyev, xalqını və ordusunu dəmir yumruq kimi birləşdirərək, həm Qarabağ məsələsini dünyaya tanıtdı, həm də Azərbaycanın güclü iqtisadiyyatını və müasir, döyüş qabiliyyətli ordusunu yaratdı. Müharibə ərzində Azərbaycanın müdafiə gücü və iradəsi, qlobal güclərin müxtəlif təzyiqləri və müdaxilələrinə rəğmən, özünün zəfərini qazandı.
Mən bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, Nadir şahdan sonra, ikinci bir Azərbaycan lideri kimi İlham Əliyev cənabları Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bildi və bu müharibənin sonunda Azərbaycan torpaqlarını işğaldan azad etdi. O, öz xalqının arzularını gerçəkləşdirərək, ölkəmizin suverenliyini bərpa etdi və xalqın tarixən gözlədiyi bu qələbəni qazandı. 44 günlük Vətən müharibəsi, ölkəmizin gücünün və müstəqilliyinin simvolu oldu.
Deyə bilərik ki, 2003-cü ildən etibarən Azərbaycanı öz rəhbərliyi altında irəlilədən Prezident İlham Əliyev, ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, "öz xalqına inandı və xalqın gücünə arxalanaraq" ən çətin məsələləri həll edə bildi. O, həmçinin Azərbaycanın üçrəngli bayrağını yalnız hərbi əməliyyatların, həm də Vətən müharibəsinin sonrasında yüksəltdi və ölkənin hər bir bölgəsində dalğalandırdı. Bu qələbə, hər bir azərbaycanlının qəlbində daim yaşayacaq bir mübarizənin nəticəsidir".
Fidan Əliyeva
6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin