"COP kimi tədbirlərə çox optimist yanaşırıq" - Yunanıstan Baş naziri

10:25 - 13 Noyabr 2024

“Bu kimi tədbirlərə çox optimist yanaşırıq, çünki Yunanıstan iqlim dəyişikliyinin təsirindən ən çox əziyyət çəkən ölkələrdən biridir”.

 

Manset.az xəbər verir ki, bunu Bakıda keçirilən COP29 çərçivəsində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis bildirib.

Baş nazir qeyd edib ki, Yunanıstan iqlim dəyişikliyi ilə əlaqədar risklərə hazır olmağa çalışır.

Mitsotakis vurğulayıb ki, 2050-ci ilə qədər sıfır emissiya hədəfinə nail olmağa çalışacaqlar.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin