Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib

20:21 - 11 Noyabr 2024

Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib

COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antoniu Quterrişlə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.

“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, - paylaşımda deyilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin