Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
18:54 - 11 Noyabr 2024
COP29 irəliləyişimizi möhkəmləndirmək və 1,5 dərəcəni qorumaq üçün ən mühüm bir fürsətdir.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda COP29 çərçivəsində keçirilən brifinqdə deyib.
"Qlobal tərəfdaşlarımız və digərləri ilə birlikdə işləməyə davam etmək üçün COP29-dayıq. COP29 irəliləyişimizi möhkəmləndirmək və 1,5 dərəcəni qorumaq, bütün istixana qazlarının azaldılmasında irəliləyişi sürətləndirmək və bəlkə də ən əsası uyğunlaşma və iqlimin maliyyələşdirilməsi üzrə qlobal əməkdaşlığı gücləndirmək üçün ən mühüm bir fürsətdir", - deyə o bildirib.
C.Podesta qeyd edib ki, uğursuzluq və ya apatiya sadəcə mümkünsüzdür.
"Bu gün dünyanın bir çox yerində daha sülhsevər bir dünya qurmaq üçün ən yüksək qiyməti ödəməyə hazır olanları xatırladığımız bir gündür. Birləşmiş Ştatlarda bu, Veteranlar Günüdür, millətimizin ən yüksək xidmət çağırışına cavab verənlərin hamısını alqışlamaq üçün bir gündür", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin