Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
18:57 - 11 Noyabr 2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Manset.az xəbər verir ki, BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.
Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.
Söhbət zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğu qeyd edildi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.
18:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Bu barədə Manset.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin