Azərbaycanda polkovnik-leytenant xəstəlikdən dünyasını dəyişdi - FOTO

13:32 - 11 Noyabr 2024

Azərbaycanda polkovnik-leytenant  xəstəlikdən dünyasını dəyişdi - FOTO

1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan N saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ehtiyatda olan polkovnik-leytenant xəstəlik səbəbindən dünyasını dəyişib. O bu gün Qax rayonunun Qarabaldır kənd qəbiristanlığında dəfn ediləcək.

Valeh Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərən briqada könüllülərdən təşkil edilib və Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.

1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən bu hərbi hissənin qüvvələri dağınıq şəkildə rayonu tərk etmişdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin