Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:55 - 10 Noyabr 2024
"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Manset.az xəbər verir ki, Ağdam təmsilçisi XIII turda "Zirə" ilə üz-üzə gəlib.
Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.
Hazırda lider olan "Qarabağ" xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ilk matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib - 1:0.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin