Rusiyada 6,5 ballıq zəlzələ oldu

20:39 - 10 Noyabr 2024

Rusiyada 6,5 ballıq zəlzələ oldu

Axşam saatlarında İrkutskda (Rusiya) zəlzələ baş verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

Departamentin məlumatına görə, yerli vaxtla saat 20:11-də (Bakı vaxtı ilə 16:11 - red.) zəlzələ baş verib. Zəlzələnin episentri Buryatiya Respublikasının Orlik kəndi yaxınlığında yerləşib. Hiss olunan yeraltı təkanların intensivliyi 6,5 bala çatıb.

Seysmoloqlar İrkutsk və onun ətrafında da titrəmələr qeydə alıblar. Məlumatda bildirilir ki, enerji sinfi 12,7 təşkil edib, İrkutskda isə intensivlik 3 bal olub.

Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, dağıntı və tələfat yoxdur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin