Futbolçular Deşamı yox, onu istəyirlər - Fransa millisində qalmaqal

13:03 - 9 Noyabr 2024

Futbolçular Deşamı yox, onu istəyirlər - Fransa millisində qalmaqal

Fransa millisinin futbolçuları baş məşqçi Didye Deşamın işindən beziblər.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.

Deşam milli komandaya 2012-ci ildən başçılıq edir və onu DÇ-2018-də qələbəyə aparıb. Amma deyəsən, futbolçular 56 yaşlı mütəxəssisin rəhbərliyindən yorulmağa başlayıblar və getdikcə daha tez-tez onların arasında milli komandaya Zinəddin Zidan rəhbərlik etməli olduğu barədə fikirlər eşidilir.

Mənbənin sözlərinə görə, Fransa Futbol Federasiyası Deşamın komandanı 2026-cı il dünya çempionatına aparmasını planlaşdırır. Lakin Zidan onun yerinə ideal namizəd hesab edilir. Bununla belə, növbəti beynəlxalq turnirə qədər Fransa millisinin baş məşqçi postunda hər hansı dəyişikliyin olacağı ehtimalı azdır.

Xatırladaq ki, Zidanın son iş yeri 2021-ci ilin yayında tərk etdiyi "Real" olub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin