Azad olunmuş ərazilərə bu qədər investisiya qoyulacaq

18:00 - 8 Noyabr 2024

Azad olunmuş ərazilərə bu qədər investisiya qoyulacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2025-2028-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 8,6 milyard ABŞ dolları dəyərində dövlət investisiyasının yatırılması güman edilir.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda “İslahat icmalı”nda qeyd olunub.

2024-cü ildə isə qeyd edilən ərazilərə 2,8 milyard ABŞ dolları dəyərində investisiya yatırılması planlaşdırılır.

Qeyd edək ki, 2020-2023-cü ildə dövlət büdcəsindən Qarabağa və Şərqi Zəngəzura 7,1 milyard ABŞ dolları dəyərində investisiya ayrılıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin