DTX əməkdaşları Haçadağa yürüş təşkil ediblər

10:02 - 8 Noyabr 2024

DTX əməkdaşları Haçadağa yürüş təşkil ediblər

Zəfər Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Haçadağa yürüş təşkil ediblər.

 

Manset.az-ın məlumatına görə, yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunmuş yerə vaxtında çatıb, Haçadağın zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar.

Həmçinin yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəklinin əks olunduğu və  Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatları nümayiş etdiriblər.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin