Gəncədə tibb bacısını maşın vurub öldürdü

21:11 - 7 Noyabr 2024

Gəncədə tibb bacısını maşın vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü R. Quliyeva yolu qarşı tərəfə keçmək istəyən zaman “Hyundai” markalı minik avtomobili onu vurub. Ağır kəllə beyin travması alan 55 yaşlı qadın xəstəxanaya çatdırılsa da, orada ölüb.

Qeyd edək ki, R. Quliyeva  Gəncə şəhər Birləşmiş xəstəxanasının tabeliyində fəaliyyət göstərən 2 saylı uşaq xəstəxanasının tibb bacısı olub. 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin