Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
14:41 - 7 Noyabr 2024
Ermənistan Bakıda keçiriləcək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.
Manset.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan mətbuat nümayəndələrionə deyib. O bildirib ki, bu məsələ ilə bağlı müzakirələr davam etdirilir.
Kostanyan məsələnin danışıqlar prosesinin dinamikası ilə bağlı olduğunu vurğulayıb.
“Bu, danışıqlar prosesinin dinamikası ilə bağlıdır”, - deyə Kostanyan bildirib.
Nazir müavini deyib ki, hələlik nazirlər və ya dövlət başçıları səviyyəsində görüşlə bağlı konkret razılaşma yoxdur.
“Lakin Ermənistan tərəfi görüşlərin intensivləşməsində maraqlıdır ki, sülh sazişinin mətni mümkün qədər tez yekunlaşsın”, - Kostanyan bildirib.
Onun sözlərinə görə, tərəflər arasında hələ də həllini tapmayan suallar var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin