Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
21:51 - 6 Noyabr 2024
Noyabrın 6-da Mingəçevir şəhərində 44 günlük vətən müharibəsi şəhidi, Mingəçevir şəhərindən olan Atiq Ariz oğlu İbrahimovun adına tikilmiş "Şəhidlər Ziyarətgahı"nda "Azərişıq" ASC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi-Aran RETSİ-nin idarə rəsidi Zaur Şirəliyevin təşəbbüsü ilə "Azərişıq" ASC-nin şəhidlərinin xatirə kompleksinin açılışı olub.
Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Zaur Şirəliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin şəhidlərə qayğısından və onun şəhidlər barədə söylədiyi ifadələrdən bəhs edib.
Daha sonra Şəhidlərin xatirə lövhələrinin qarşısına qızılgüllər düzülərək onların xatirəsi ehtiramla yad edilib, din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Atiq İbrahimov 5 xarici dil bilən, 2 lisey, 2 xarici dövlətdə ali təhsil almış vətənpərvər igidlərimizdən biri olub.
O, könüllü olaraq, evdən xəbərsiz müharibəyə getmiş, 16 oktyabr 2020-ci ildə Ağdərədə şəhadətə ucalmışdı.
Evin tək oğlu olan Atiq İbrahimov subay idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin