Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
13:41 - 6 Noyabr 2024
YAP Yasamal rayon təşkilatında “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günü” münasibətilə gənclərlə görüş keçirilib
Manset.az xəbər verir ki, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev və Yasamal rayonunun ali təhsil müəssisələrində təhsil alan gənc tələbələr iştirak edib.
Görüşdə ilk öncə Dövlət Himni səsləndirilib. Sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev ilk öncə qarşıdan gələn “8 Noyabr-Zəfər günü”, “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günü” və “12 Noyabr-Azərbaycan Respublikası Konstitusiya günü” münasibətilə görüş iştirakçılarını təbrik edib. Qeyd olunub ki, bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir. Üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu. Prezident cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bildirilib ki, dövlətimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərin daim gənclərə aşılanması onların vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir. Buna görə də son 30 ildə yetişən gənclərimiz torpaqlarımız erməni işğalına məruz qalsa da, bununla heç vaxt barışmayıb, onun azadlığı uğrunda qan tökməyə hazır olublar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun şücayətilə qazanılan Qələbələr bunu bir daha sübut etdi. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır.
Çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev bildirib ki, Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır. Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün hər birimiz çox sevincli və qürurluyuq ona görə ki, ölkəmiz möhtəşəm Zəfərlər əldə edib və müqəddəs üç rəngli bayrağımız azad olunmuş torpalarımızda hür olaraq dalğalanır.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin