Makron və Putin Bakıya gəlməyəcəklər

17:35 - 5 Noyabr 2024

Makron və Putin Bakıya gəlməyəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyəcək.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda iştirak edəcəklərini təsdiqləyib.

Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa və İspaniya liderləri iştirak edəcəklərini bildiriblər.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri, COP-29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev bir nüçə gün əvvəl bildirib ki, COP-29 liderlər sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentin iştirakı gözlənilir. Onun sözlərinə görə, COP-29-da iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı  Çərçivə Konvensiyası katibliyi vasitəsilə 50 mindən çox adan qeydiyyatdan keçib.

COP-29 konfransı  noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin