Şəkidə avtomobil ana və körpəsini vurdu

22:47 - 25 İyun 2021

Şəkidə avtomobil ana və körpəsini vurdu

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Manset.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Şəki sakini Ülkər Atakişiyeva 2019-cu il təvəllüdlü oğlu Ümid Atakişiyevanı uşaq arabası ilə yoldan keçirərkən "Opel" markalı avtomobil onları vurub. Nəticədə ana və azyaşlı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin