Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
20:54 - 25 İyun 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksindən daha 30 mənzili şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Manset.az xəbər verir ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
V.Nəsirli şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı geniş vüsət alıb. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
2021-ci ilin planı üzrə artıq 530 mənzilin verildiyini deyən V.Nəsirli ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edildiyini bildirib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsindən razı qaldıqlarını bildiriblər. Onlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin