Buraxılış imtahanında yenilik edilir - 4 mətn... / DETALLAR
22 Noyabr 2024
19:02 - 10 İyun 2021
Dünən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Manşet.az xəbər verir ki, bu barədə Binəqədi Rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı müəyyən olunub ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin