Makron İsrail və Livanın baş nazirləri ilə telefonla danışdı

18:31 - 20 Sentyabr 2024

Makron İsrail və Livanın baş nazirləri ilə telefonla danışdı

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bundan əlavə, Fransa lideri Livanın baş naziri Nəcib Mikati ilə telefonla ayrıca danışıb. Söhbətdə Livan hərbi rəhbərliyinin nümayəndələri də iştirak edib.

Sentyabrın 17-də Livanın müxtəlif bölgələrində “Hizbullah” hərəkatının üzvlərinə məxsus minlərlə peycer eyni vaxtda partlayıb. Məlumata görə, bu, İsrail kəşfiyyatı ilə ordusunun birgə əməliyyatı olub. Sentyabrın 18-də Livanda yeni silsilə partlayışlar baş verib. Hizbullah hərəkat üzvlərinin ünsiyyət üçün istifadə etdiyi portativ radioların partladığını bildirib.

Hizbullah bombardmanlarda İsraili günahlandırıb və qisas alacağını vəd edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin