"Real Madrid"in "Espanyol" matçı heyəti açıqlandı

18:02 - 20 Sentyabr 2024

İtaliyalı baş məşqçi Karlo Ançelotti "Real Madrid"in "Espanyol"la oyunu üçün heyəti açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

21 sentyabr "Real Madird" "Santyaqo Bernabeu"da "Espanyol"u qəbul edəcək.

Karlo Ançelotti hələ də zədəli olan Brahim Diaz, David Alaba, Dani Seballos və Kamavinqanı heyətə daxil etməyib.

Real Madridin Espanyol matçı üçün heyətini təqdim edirik:

Qapıçı: Kurtua, Lunin və Fran Qonzales.

Müdafiə: Carvajal, Militão, Lucas V., Vallejo, Fran García, Rüdiger və Mendy.

Yarımmüdafiəçi: Bellinqhem, Valverde, Modriç, Çouameni və Arda Gülər .

Hücumçular: Vini Jr., Mbappe, Rodrygo və Endrick.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin