Norveç Ukraynaya illik yardımını 2030-cu ilə qədər uzatdı

17:20 - 20 Sentyabr 2024

Norveç Ukraynaya illik yardımını 2030-cu ilə qədər uzatdı

Norveç hökuməti Ukraynaya illik yardımın göstərilməsi müddətini 2030-cu ilə qədər uzadıb və bunun üçün hər il əlavə 475 milyon dollar ayıracaq.

 

Manset.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Jonas Gahr Store məlumat verib.

2023-cü ildə Norveç Ukraynaya beş il - 2028-ci ilə qədər yardım öhdəliyi götürüb və bunun üçün təxminən 7,1 milyard dollar ayırıb.

İndi 2030-cu ilə qədər Kiyevə ümumi yardım 12,8 milyard dollara qədər artacaq, yəni təxminən daha 5,7 milyard Ukrayna ehtiyaclarına yönəldiləcək.

Qeyd edək ki, 2024-cü ildə Oslo artıq Kiyevə 2 milyard dollardan çox hərbi və humanitar yardım ayırıb.

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin