İran ABŞ-nin təyyarələrinə olan hücumda iştirak edib - İDDİA

14:08 - 20 Sentyabr 2024

İran ABŞ-nin təyyarələrinə olan hücumda iştirak edib - İDDİA

İddialara görə, İran Yəməndəki husi üsyançılarının Yəmən bölgəsində bir neçə Amerika MQ-9 Reaper pilotsuz təyyarəsini məhv etmək prosesində iştirak edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mənbələr qeyd edir ki, Tehran husilərə pul, təlim və avadanlıqla dəstək verirdi, lakin son aylarda iranlılar üsyançılara həm kəşfiyyat məlumatlarının toplanması, həm də hava hücumları üçün istifadə olunan MQ-9 Reapers-i məhv edilməsinə kömək ediblər.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə Fələstin-İsrail müharibəsi başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada Amerika qüvvələrinə qarşı hücumlarını intensivləşdirməsinə səbəb olub. Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar. Bu müddət ərzində onlar 80-dən çox gəmiyə hücum ediblər. ABŞ və Böyük Britaniya buna cavab olaraq Yəməndəki Husi hədəflərinə müntəzəm hücumlar edir. 

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin