Bakıda körpüdə 2 maşın yandı - YENİLƏNİB

18:26 - 19 Sentyabr 2024

Bakıda körpüdə 2 maşın yandı - YENİLƏNİB

Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

18:15

Bu gün Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, qəza nəticəsində hər iki avtomobildə yanğın olub.

Bu səbəbdən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin