Bu ölkədə parlament binasını su basdı

16:23 - 19 Sentyabr 2024

Bu ölkədə parlament binasını su basdı

Budapeştdə Dunay çayında suyun səviyyəsi artıb və bu bir sıra fəsadlar törədib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Macarıstan hökumətinin başçısı Viktor Orban  keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə yüksək su səviyyəsi ilə bağlı vəziyyət çətin olaraq qalır:

“Suyun səviyyəsi həddindən artıq artıb. Bu bizə bir çox problemlər yarada bilər”.

Onun sözlərinə görə, su bəndin yaxınlığında yerləşən Macarıstan parlamentinin binasına qədər çatıb.

Macarıstan meteoroloqlarının proqnozlarına görə, yaxın günlərdə ölkə ərazisində güclü yağışlar gözlənilmir. Çaylarda suyun səviyyəsi gələn həftənin ortalarına qədər azalmağa davam edəcək.

 

 

 

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin