Daha bir prezident BRİKS-ə dəvət aldı

14:54 - 19 Sentyabr 2024

Daha bir prezident BRİKS-ə dəvət aldı

Kuba Prezidenti Migel Diaz-Kanel Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün dəvət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə Kubanın Rusiya Federasiyasındakı səfiri Xulio Antonio Qarmendiya Penya açıqlama verib.

“Prezident dəvət alıb” – deyə diplomat IV Avrasiya Qadınlar Forumu çərçivəsində bildirib.

Kuba Xarici İşlər Nazirliyinin rəhbərinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı suala səfir qeyd edib ki, müəyyən nümayəndə heyəti mütləq olacaq:

“Biz əlbəttə ki, bu hadisəni və Rusiyanın bununla bağlı gördüyü işləri dəstəkləyirik. Bu səbəbdən müəyyən nümayəndə heyəti mütləq olacaq”.

BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb və Cənubi Afrika 2011-ci ildə bu təşkilata qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Bu il assosiasiyaya Moskva sədrlik edir. Əsas tədbir isə oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammiti olacaq.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin