Bu ölkədə ballistik raket sınaqdan keçirildi

12:39 - 19 Sentyabr 2024

Bu ölkədə ballistik raket sınaqdan keçirildi

Şimali Koreya taktiki ballistik raketin və təkmilləşdirilmiş strateji qanadlı raketin sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ölkə lideri Kim Çen In sözügedən raketlərin sınaq atışını izləyib.

"Hwasongpho-11-Da-4.5" adlanan, 4,5 tonluq böyük döyüş başlığı daşıya bilən taktiki ballistik raketin sınaq atışı 320 kilometr məsafədə dəqiqliyini yoxlamaq üçün həyata keçirilib.

Ölkə lideri bildirib ki, keçirilən sınaqların məqsədi xarici qüvvələrin Şimali Koreyanın təhlükəsizlik mühitinə yaratdığı təhdidlərlə ilə birbaşa bağlıdır.

Digər tərəfdən, Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın raket sınaqları ilə bağlı açıqlama verib.

Açıqlamada, yerli vaxtla saat 08:00 radələrində Şimali Koreyanın Kaechon bölgəsindən şimal-şərqə doğru çoxlu sayda qısa mənzilli ballistik raketin atıldığı bildirilib.

Həmçinin raketlərin təxminən 400 kilometr məsafə qət etdiyi və Cənubi Koreyanın Şimalın bu hərəkətlərini şiddətlə qınadığı bildirilib.

 


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin