Sürücülük vəsiqəsini yeni alan tələbə piyadanı vurub öldürdü

09:50 - 19 Sentyabr 2024

Sürücülük vəsiqəsini yeni alan tələbə piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.

Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin