Türkiyənin Koreya müharibəsinə əsgər göndərməsindən 74 il ötür

16:30 - 18 Sentyabr 2024

Türkiyənin Koreya müharibəsinə əsgər göndərməsindən 74 il ötür

1950-ci ilin sentyabrında Koreya müharibəsi zamanı Türkiyənin Koreyaya ilk türk briqadasını göndərməsindən 74 il keçir.

 

Manset.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Koreya müharibəsi 1950-ci il iyunun 25-də Şimali Koreyanın Cənubi Koreyanı işğal etməsi ilə başlamışdı.

Müharibədə iştirak edən hər bir hissəyə ad verilirdi. BMT Silahlı Qüvvələrinin Ali Baş Komandanı general MakArtur Türkiyə Briqadasına “Qütb Ulduzu” adını verib.

Müharibədə Cənubi Koreya və BMT-dən təxminən 5 min, Şimali Koreya və Çindən isə təxminən 70 min adam əsir götürüldü. Atəşkəs razılaşmasından bir ay əvvəl, 1953-cü ilin iyununda əsir mübadiləsi zamanı türk briqadasından əsir götürülən 244 nəfərin hamısı geri qayıtmışdı.

Döyüşdə şəhid olan 462 türk əsgəri Cənubi Koreyanın Busan şəhərindəki BMT-nin Koreya Abidə Qəbiristanlığında dəfn olunub.

 

Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin