Bəzi rayonlara leysan yağdı - FAKTİKİ HAVA

18:12 - 18 Sentyabr 2024

Bəzi rayonlara leysan yağdı - FAKTİKİ HAVA

Azərbaycanda sentyabrın 18-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi Daşkəsən, Gədəbəy, Qrız, Quba, Laza (Qusar), Şəki, Xaltan, Qax, Göygöl, Şahdağ, Biləsuvarda arabir yağış yağıb.

Bəzi yerlərdə leysan xarakterli olub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin