Naxçıvanda mədəniyyət nazirinin 2 müavini olacaq

17:51 - 18 Sentyabr 2024

Naxçıvanda mədəniyyət nazirinin 2 müavini olacaq

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib.


Manset.az xəbər verir ki, bu Fərmanı sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.

 

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin