"Təhsil müəssisələrində müəllimlər üçün telefon məhdudlaşdırılmalıdır" - VİDEO
19 Sentyabr 2024
16:30 - 17 Sentyabr 2024
Fransada Milli Assambleyanın ofisi Fransa Prezidenti Emmanuel Makronun impiçmenti haqqında qanun layihəsinin parlamentin komissiyası tərəfindən araşdırılacağını qəbul edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Milli Məclis Bürosunda keçirilən səsvermədə qanun layihəsinin 10 “xeyr” səsinə qarşı 12 “hə” səsindən sonra məsələ araşdırılacaq.
Bu təklif deputatların 2/3-nin təsdiqini alarsa, Senata göndəriləcək. Əgər senatorların üçdə ikisi Makronun impiçmenti haqqında qanun layihəsini qəbul edərsə, parlamentin hər iki palatasının iştirakı ilə yekun səsvermə keçirilməlidir.
Yekun səsvermədə parlament üzvlərinin 2/3-ü təklifin lehinə səs verərsə, Makronun istefaya göndərilməsi ilə bağlı qanun layihəsi qəbul edilmiş sayılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin