Makronun istefasını tələb edən qanun müzakirəyə çıxarıldı

16:30 - 17 Sentyabr 2024

Makronun istefasını tələb edən qanun müzakirəyə çıxarıldı

Fransada Milli Assambleyanın ofisi Fransa Prezidenti Emmanuel Makronun impiçmenti haqqında qanun layihəsinin parlamentin komissiyası tərəfindən araşdırılacağını qəbul edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Milli Məclis Bürosunda keçirilən səsvermədə qanun layihəsinin 10 “xeyr” səsinə qarşı 12 “hə” səsindən sonra məsələ araşdırılacaq.

Bu təklif deputatların 2/3-nin təsdiqini alarsa, Senata göndəriləcək. Əgər senatorların üçdə ikisi Makronun impiçmenti haqqında qanun layihəsini qəbul edərsə, parlamentin hər iki palatasının iştirakı ilə yekun səsvermə keçirilməlidir.

Yekun səsvermədə parlament üzvlərinin 2/3-ü təklifin lehinə səs verərsə, Makronun istefaya göndərilməsi ilə bağlı qanun layihəsi qəbul edilmiş sayılacaq.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin