Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşdü

08:29 - 25 İyun 2021

Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Səbinə Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, Mələk Çakmakı qəbul edib.

Ombudsmanın Mətbuat xidmətindən Manset.az-a  bildiriblər ki, görüş zamanı Ombudsman mandatı və fəaliyyəti barədə qonağa geniş məlumat verib. Qeyd olunub ki, pandemiya və hərbi vəziyyət dövründə Ombdusman təsisatı fəaliyyətini fasiləsiz olaraq davam etdirib, xüsusilə də əhalinin həssas quruplarının hüquqlarının səmərəli təmininə diqqət yetirilib.

Azərbaycan torpaqlarının 20 faizinin 30 illik işğalı dövründə həmin ərazilərdə ətraf mühitə deyən ciddi zərərə toxunan Ombudsman 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfinin qadağan olunmuş silahlardan istifadə etməsi bu zərəri daha da artırıb. Qeyd olunub ki, vaxtilə işğal altında saxlanılmış torpaqların əkin üçün yararsız vəziyyətə düşməsi orada həyatın yenidən bərpasında böyük çətinliklər yaradır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mələk Çakmak ölkədə qıda təhlükəsizliyinin təmini, BMT-nin qlobal məqsədlərinin icrası və aqrar sahədə məhsuldarlığın artırılması istiqamətində əhali arasında məlumatlılığın artırılmasının önəmli olduğunu qeyd edib. Bununla bağlı Ombudsman təsisatı ilə FAO arasında səmərəli əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.

Yekunda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin