Bakıda tikintiyə ETİRAZ — İcra başçısı hadisə yerinə gəldi

23:17 - 24 İyun 2021

Bakıda tikintiyə ETİRAZ — İcra başçısı hadisə yerinə gəldi

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 103 ünvanında yaşayan sakinlər həyətdə tikilən tikintiyə etiraz ediblər.

Manset.az xəbər verir ki, hündürmərtəbəli binanın tikintisindən narahat olan sakinlərin etiraz aksiyası axşam saatlarına qədər davam edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev də sakinlərlə görüşmək üçün hadisə yerinə gəlib. 

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, 2018-ci ildən tikintiyə icazə verən qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. 

"Bu, Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir", - deyə qurum rəsmisi əlavə edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin