Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO

20:34 - 24 İyun 2021

Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO

Şəmkirdə polisə qarşı zor tətbiq edən "Qoşa qala" restoranının sahibi, Şəmkir sakini Tural Zeynalov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, məlum hadisə ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə tövsif edilib və cinayət işinin araşdırılması üçün aidiyyəti üzrə Rayon Prokuroluğuna göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə Tural Zeynalov barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən "Qoşa qala" restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən restorana gəldikdə restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə əməl eməyib, onlara qarşı zor tətbiq edərək xuliqanlıq hərəkərləri törədib. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada Tural Zeynalovu saxlayaraq RPŞ-yə gətirib, lakin sonuncu polis şöbəsində nalayiq ifadələr işlədərək və və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin