Dörd general “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi

15:32 - 24 İyun 2021

Dörd general “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Manset.az  xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 4225 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 1-i general-leytenant, 3-ü general-mayor, 4-ü polkovnikdir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin