“Üç bacı dolması”nı bir də belə hazırlayın

00:00 - 30 Noyabr -0001

“Üç bacı dolması”nı bir də belə hazırlayın

Manset.az lent.az-a istinadən "Üç bacı dolması"nın reseptini təqdim edir:

 

Daha əvvəl bu yeməyi hazırladığınızı bilirik. Amma təklif etdiyimiz bu üsul daha asan və rahatdır. Elə isə vaxt itirmədən hazırlamağa başlayaq.

Lazım olan ərzaqlar:

500 qram yağlı qoyun əti

3 ədəd soğan

1 ədəd pomidor

1 dəstə reyhan

1 dəstə keşniş

Zövqə gorə duz istiot

1 çay qaşığı sarıkök

2 yemək qaşığı yumuru düyü

1 yemək qaşığı tomat

5-6 ədəd badımcan

4 ədəd bibər

4-5 ədəd pomidor

Hazırlanması:

1. İlk əvvəl dolmanın içliyini hazırlayırıq. Bunun üçün soğan ət çəkən maşından keçirilir və qiyməylə qarışdırılır.

2. Qiymə tavaya qoyulur üzərinə 1 stəkan su tökülür. Suyu çəkiləndən sonra kərə yağı əlavə edilib qızardılır.

3. Ət qızardıqdan sonra qazdan götürülür üzərinə duz və doğranmış keşniş, şüyüt, reyhan əvə olunub qarışdırılır.

4. İçliy hazırlandıqdan sonra badımcan, bibər, pomiodru hazırlayırıq. Bunun üçün badımcanın saplağı kəsilir, uzununa kəsilir və içi duzlanır (duzlanmış badımcanı 15 dəqiqə saxlayırıq ki acısı çıxsın).

5. Sonra badımcanları əlnən sıxıb suyunu çıxardırıq və zeytun yağında bir az qızardırıq.

6. Pomidorun baş hissəsi qapaq kimi kəsilir və içi qaşıqla çıxardılır (içini qiyməyə də doğrayıb qatmağ olar).

7. Bibərin saplağı kəsilir və həmin hissəsi qapağ kimi kəsilir.

8. Badımcan, bibər, pomidorun içi içliklə doldurulur.

9. Badımcanı qızartdığımız tavaya badımcan , bibər, pomidor düzülür və üzərinə 1 stəkan qaynar su tökülür (dolma bişərkən tavanın qapağını tam bağlamaq olmaz).

10. Orta istilikdə 20-30 dəqiqə bişirilir .

Nuş olsun!


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin