Prokurorluqdan qohumlarını qətlə yetirən şəxslə bağlı AÇIQLAMA

09:23 - 24 İyun 2021

Prokurorluqdan qohumlarını qətlə yetirən şəxslə bağlı AÇIQLAMA

İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Manset.az-a Lənkəran rayon prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin