Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
21:43 - 23 İyun 2021
Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacaq.
Manset.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasında bildirib.
Nazir deyib ki, əlavə bir neçə ölkənin də bu siyahıya daxil edilməsi nəzərdə tutulub: “Danışıqlar davam edir. 29 mərkəzdə 40 min 800 nəfərə tətbiq olunacaq”.
Qeyd edək ki, TURKOVAC peyvəndi birinci və ikinci faza çərşivəsində 294 könüllüyə tətbiq olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin