UEFA Şimali Makedoniya Federasiyasını cəzalandıra bilər

21:02 - 23 İyun 2021

UEFA Şimali Makedoniya Federasiyasını cəzalandıra bilər

UEFA Şimali Makedoniya Futbol Federasiyasına qarşı intizam işi açıb.

Manset.az xəbər verir ki, Şimali Makedoniya millisinin futbolçuları iyunun 19-da Amsterdamda koronavirus testləri götürülən zaman protokolu pozub.

Avropa futbol qurumu bu səbəbdən istintaqa başlayıb.

Yığma iyunun 21-də Niderlanda 0:3 hesabı ilə uduzub və AVRO-2020-ni xalsız başa vurub.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin