Bişkekdə Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi - FOTOLAR

17:50 - 24 Aprel 2025

Bişkekdə Qədim Musiqi Alətləri Ansamblının konserti keçirildi - FOTOLAR

Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı təqdim olunub. 


Manset.az xəbər verir ki, aprelin 24-də Bişkek şəhərindəki “Manas” Milli Teatrında keçirilən konsertdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Xalq artisti Munis Şərifov) çıxış edib. 

Ansamblın solisti, Xalq artisti Teyyub Aslanov    Ə.Bədəlbəylinin “Dumanlı Təbriz” mahnısı, "Bayatı-Şiraz" təsnifi, “Azərbaycan maralı” və “Gülə-gülə” xalq mahnılarını ifa edib.   

Ansamblın digər solisti, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında

F.Əmirovun “Reyhan”, İ.Topçubaşovun “Söz olmasaydı”, Ə.Tağıyevin “Qal, sənə qurban” mahnıları və “Sarı gəlin” Azərbaycan xalq mahnısı səslənib. 

Kollektivin bədii rəhbəri, Xalq artisti Munis Şərifov E.Sabitoğlunun “Şirin dil” (solo), ansambl isə Ə.Marağayinin "Hüseyni bəstə", "Qədim türk musiqisi” və “Bayatı-Şiraz rəngi”ni ifa edib.

Həmçinin solistlər T.Aslanov və N.Hüseynova (duet) Ə.Tağıyevin “Azərbaycan” mahnısını və "Yaylıq" xalq mahnısını səsləndiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildə professor, sənətşünas-alim, Xalq artisti Məcnun Kərim (1945-2013) tərəfindən yaradılıb. Ansamblda çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu və rübab kimi qədim musiqi alətləri yer alır.

Kollektiv indiyədək musiqi mədəniyyətimizi bir sıra ölkələrdə uğurla təmsil edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv