Mahsun Kırmızıgül xəstəxanaya YERLƏŞDİRİLDİ

10:59 - 24 Aprel 2025

Mahsun Kırmızıgül xəstəxanaya YERLƏŞDİRİLDİ

Müğənni, rejissor Mahsun Kırmızıgül çətin günlər yaşayır.


Manset.az-ın Türkiyə KİV-dən aldığı məlumata əsasən, son aylarda bir-birinin ardınca yaxınlarını itirən sənətçi ürək döyüntüsünün artması şikayəti ilə xəstəxanaya müraciət edib.

Kırmızıgül 6 dekabr 2024-cü ildə anası Faike Bezenciri itirdikdən sonra, ögey anası Zühre Bazencirin vəfatı ilə də böyük kədər yaşamışdı. 13 martda isə yaxın dostu Serşat Erbilginin ölümü, ardınca iki sənətçi dostu Edip Akbayram və Volkan Konakın vəfatı Kırmızıgülə ciddi psixoloji təsir göstərib.

Həkimlər M. Kırmızıgülün verdiyi analizlərdən sonra onun sağlamlığında ciddi problem olmadığını bildiriblər. 

Sənətçi şəxsi “Instagram” hesabında bu sözləri paylaşıb:
“İçim yanır… Ard-arda itkilər ürək ağrıdır". 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv