Xalq artisti Afaq Bəşirqızı ilə Əməkdar artist Almaz Ələsgərova arasında Akademik Musiqili Teatrında mübahisə düşüb.
Manset.az Axsam.az-a istiandən xəbər verir ki, A.Ələsgərova A.Bəşirqızı ilə dalaşmasını inkar etməyib:
“Olan oldu, keçən keçdi. Biz onunla əməkdaşıq, hər bir işdə belə hadisə olur. Bu haqda danışmaq istəmirəm. Belə bir hadisə baş verib, verməyib danışmayacağam”.
Qeyd edək ki, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.