Elza Seyidcahan meyxanaçıları "keyxanaçılar" adlandırdı

07:30 - 23 Aprel 2025

Elza Seyidcahan meyxanaçıları \"keyxanaçılar\" adlandırdı

Əməkdar artist Elza Seyidcahan qalmaqallı açıqlamaları ilə diqqət çəkib.


Manset.az Milli.az-a istinadən bildirir ki, müğənni meyxanaçıları sərt şəkildə tənqid edərək, onları "keyxanaçı" adlandırıb.

"Meyxana mənim üçün Əliağa Vahid, Aydın Xırdalanlı, Vüqar Biləcərili, Ağasəlim Çıldaq, Ağamirzə Məmmədovdur. İndi meyxana yoxdur. Namiq Qaraçuxurlu meyxananı mahnı janrında oxuyub, sevdirib. Bu gün meyxana bir az mahnılaşıb, amma bu o demək deyil ki, bütün müğənnilər gəlib meyxana oxumalıdır. Mən bəzi meyxanaçıları "keyxanaçılar" adlandırıram. Əgər bir meyxanaçı ki, yazdığı şeiri dərk etmir və o sözləri ilə gənclərin tərbiyəsini pozur,  "ç" hərfini "dzı" kimi tələffüz edir, "Jeep"ləri alıb, altına qoyur, biznes açıb, danışığını bilmir, onun adı "keyxanaçıdır". Bunu deməyə isə mənim ixtiyarım var. Bu gün mən Yazıçılar və Bəstəkarlar İttifaqının üzvü olaraq deməsəm o zaman ixtiyarım yoxdur üzvlüyü daşımağa".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv